YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəki rayonunun Aşaği Göynük, Aşağı Layısqı, Köndələn və Abbas kəndlərində seçicilərlə görüş keçirilib

YAP Şəki rayon təşkilatı prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Aşaği Göynük, Aşağı Layısqı, Köndələn və Abbas kəndlərində seçicilərlə görüş keçirib.

 Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin sədri Həsən Həsənov açaraq prezidentliyə namizəd cənab İlham Əliyevin 2003-2018-ci illər ərzində ölkə Prezidenti kimi gördüyü işlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin müdirik, məqsədyönlü siyasəti nəticəsində son 15 ildə Azərbaycan çox böyük uğurlara imza atıb. O əmin olduğunu bildirib ki, Aşağı Göynük, Aşağı Layısqı, Köndələn və Abbas kənd seçiciləri 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verəcəklər.

Tədbirdə həmçinin YAP Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin təbliğat qrupunun üzvləri Kamil Məmmədov, Nuralı Çələbiyev və Qabil Qədimov da çıxış ediblər.

Tədbirdə çıxış edən kənd sakinləri artıq öz seçimlərini etdiklərini, 11 apreldə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.