YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəbələlilərin seçimi cənab İlham Əliyevdir

Qəbələ rayonunun Çuxur-Qəbələ kəndində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirildi.

Görüşdə çıxış edən YAP Qəbələ rayon təşkilatının sədr müavini Elçin Tağıyev Azərbaycanda son 15 il ərzində görülən işlər, həyata keçirilən layihələr haqqında məlumat verib. Elçin Tağıyev bütün seçiciləri 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində hamılıqla iştirak etməyə, son 15 ildə ölkəmizi tərəqqiyə, xalqımızı firavanlığa aparan cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə iştirak edən kənd sakinlərindən Əlihüseyn Şərifov, Əliyusif Yusifov, Nigar Məmmədova, Əsəd Səlimov və başqaları çıxış edərək artıq seçimlərini etdiklərini bidiriblər, seçki günü məntəqələrə gələrək cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.