YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Laçın rayon təşkilatı Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda laçınlı seçicilərlə görüş keçirib

YAP-ın   Laçın rayon təşkilatı Bakı və Sumqayıt şəhərlərində,   Abşeron rayonunda laçınlı seçicilərlə görüş keçirib.

Görüşlərdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan bəhs edib. Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan irimiqyaslı layihələr haqqında məlumat verib. İlqar İlyasov bütün seçiciləri qarşıdan gələn Prezident seçkilərində dövlətimizin inkişafı, təhlükəsizliyinin təmin olunması naminə cənab İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyib.
Tədbirlərdə çıxış edən Milli Məclisin deputatı Mahir Abbaszadə nitqində bildirdi ki, cənab Prezidentin gördüyü işlər bütün ölkəmizin inkişafına və xalqımızın tərəqqisinə xidmət edib. Xüsusilə ölkəmizə hər il qoyulan irihəcmli sərmayələr də bu inkişaf göstəricilərinin, ictimai-siyasi sabitliyin nəticəsidir. Bu baxımdan cənab İlham Əliyevin iqtisadi islahatları gələcəyə istiqamətlənmiş, uzaqgörən və müdrik siyasi xəttin mühüm tərkib hissəsidir. Bütün seçiciləri qarşıdan gələn Prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırdı.

Görüşlərdə çıxış edən bir qrup rayon ziyalıları və ağsaqqaları- Fəxrəddin Paşayev, Nizami Quluyev, Mikayıl Zeynalov, gənc YAP fəalları Aytac Abbasova və Mehri Çıraqova, Murad Hüseynov, Güllüİbadova, İbrahim Məmmədov, Vaqif İsmayılov, Tahir Bayramov,Şikar Qasımov, Səlim Səlimbəyli, Solmaz Məhərrəmova, Tapdıq Abbasov, Murad Eyvazov,Şahin Məmmədov, Əmirxan Zeynalov, Varaşil Məmmədov, Afərim İsmayılova, Kəmalə Quliyeva, Qarabağ veteranı Ağa Əhmədov və digərləri prezident seçkilərində fəal iştirak edəcəklərini və dövlət başçısı, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə dəstək göstərəcəklərini söylədilər. Çıxış edənlər bütün seçiciləri bir daha prezident seçkilərində yüksək fəallıq göstərməyə və dövlət başçısı cənab İlham Əliyevə səs verməyə çağırdı.