YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdab rayonunda "İlhamla irəli" devizi ilə görüşlər keçirilib

Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsi rayonun Yarməmmədbağı, Lələağacı kəndlərindən olan  seçicilərlə görüşlər keçirib.

Görüşlərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Pərvin Mahmudova çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin son 15 il ərzində ölkə rəhbəri kimi respublikamızın dinamik inkişafı naminə gördüyü işlər və Azərbaycanın beynəlxalq aləmdə gündən-günə möhkəmlənən nüfuzu haqqında ətraflı məlumat verib.

P.Mahmudova hər kəsi 11 aprel prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Vüsalə Kərimova, Ziyad Xancanov, Fiqura Abbasova, Mübariz Umarov, Məkkə Həmidova ölkəmizdə gedən sürətli inkişaf, həmçinin cənab İlham Əliyevin daim xalqımıza göstərdiyi yüksək diqqət və qayğı barədə danışıblar. Natiqlər dövlətçiliyə hər zaman sədaqət nümayiş etdirən kənd seçicilərini 11 apreldə məntəqələrə gəlməyə, "İlhamla irəli" devizi altında birləşərək İlhamlı sabahımıza səs verməyə çağırıblar.

Görüşdə seçicilər adından çıxış edən kənd sakinləri Zülfiyyə Əhmədova, Xatirə Qaçayeva ölkəmizin inkişafının davamlı olması üçün Yeni Azərbaycan Partiyasının layiqli namizədinə, bütün xalqın sevimlisi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.