YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Ucar rayon təşkilatı Alpout kəndində mitinq keçirib

Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Ucar  rayon şöbəsi martın 29-də rayonun Alpout kəndində mitinq keçirib.  Mintinqdə Alpout kənd sakinləri, ziyalılar, qadınlar, gənclər və ağsaqqallar fəal iştirak ediblər.

Mintinqi giriş sözü ilə YAP Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq cənab İlham Əliyevin misilsiz xidmətləri haqqında məlumat verib. Ş. Abdullayeva bildirib ki, cənab İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu təsdiq edib. Şəhla Abdullayeva bunları nəzərə alaraq aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağırıb.

Təbliğat qrupunun üzvləri Alı Babayev, Fuad İsrafilov, Yaqut Zeynalova və Rahib Rəsulov çıxış edərək bildiriblər ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının cənab İlham Əliyevin yeni mərhələdə uğurla davam etdirməsi bu gün müstəqil Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətlərindən birinə çevirib. Natiqlər seçiciləri Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, ölkəmizin xoşbəxt gələcəyi, müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər adından Mirhəşim Mövsümov və Müşviq Şükürov çıxış edərək seçkilərdə cənab İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan etdilər.