YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxıda Yeni Azərbaycan Partiyasının namizədinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Şamaxıda Yeni Azərbaycan Partiyasının tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

Təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Sabir qəsəbəsi və Çıraqlı kəndində keçirilən tədbirlərdə YAP Mərkəzi Seçki Qərargahı  Şamaxı rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Bəxtiyar Abbasov, YAP Mərkəzi Seçki Qərargahının üzvləri - Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli və rayon təbliğat-təşviqat qrupunun üzvləri çıxış ediblər.

Görüşlərdə natiqlər əminliklə qeyd ediblər  ki, daha öncəki seçkilərdə olduğu kimi, Şamaxı seçiciləri də məhz cənab İlham Əliyevi dəstəkləyərək, seçki günü xalqın vahid namizədinə səs verəcəklər.

Tədbirlərdə Sabir qəsəbəsinin sakinlərindən Ramiz Məmmədov, Xanəhməd Ağaməmmədov və Yaqut Məmədova çıxış edərək cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini qeyd edərək, seçiciləri 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində YAP-ın namizədi İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıblar.