YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmir rayonunun Karrar, Garıs-Əyribənd, Ərşəli kəndlərində çoxsaylı seçicilərilə görüşlər keçirilib

Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Kürdəmir rayonunun  Karrar, Garıs-Əyribənd, Ərşəli kəndlərində çoxsaylı seçicilərilə görüşlər keçirilib.

Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahı Kürdəmir rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Ağali Kərimli  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, infrastruktur layihələrinin əhəmiyyətindən danışıb: «Son 15 ildə görülən işlər, imzalanan Fərman və sərəncamlar, müxtəlif sahələri əhatə edən proqramlar cənab İlham Əliyevin hər bir vədinin arxasında konkret əməli işin dayandığını təsdiqləyir.»

YAP Mərkəzi Seçki Qərargahının üzvlərindən, Milli Məclisin deputatı  Elman Nəsirov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə-jurnalist Zemfira Zərbalıyeva, rayon təbliğat-təşviqat qrupunun üzvləri Sabir Novruzov, Elmira Süleymanova, Yaqut Əşrəfova  çıxış edərək bildiriblər ki,  ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib, yeniləşib. Bunu bu müddət ərzindəki statistik rəqəmlər təsdiqləyir. Çıxış edənlər prezident seçkilərinin demokratiya yolunda növbəti addım olacağını bildiriblər.

Seçicilərdən  Elman Məmmədov, Xəyyam Məlikov, Xudaverdi Novruzov, Mais Bayramov  çıxış edərək vurğulayıblar ki, görülən işlərin bundan sonra da davam etdirilməsi üçün bizlər hamılıqla  11  aprel  2018-ci  il tarixdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə  səs verərək Azərbaycanın daha böyük zirvələri fəth etməsinə zəmin yaradacağıq.