YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan seçicisinin seçimi İlham Əliyevdir

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsi  prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində növbəti görüş martın 29-da rayonun Qızılağac kəndində keçirilib.

Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Sahib Şükürov son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından bəhs edib. Bildirib ki, Azərbaycan son 15 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Rayon təşkilatının sədri əlavə edib ki, Azərbaycan cəmiyyətinin nümayəndələri ölkəmizin inkişafından, mövcud ictimai-siyasi sabitlikdən məmnundurlar: «Əminliklə söyləyə bilərəm ki, bu seçkilərdə də seçicilər Azərbaycanın gələcək inkişafı, firavanlığı naminə cənab İlham Əliyevə səs verəcəklər. Azərbaycan seçicisinin seçimi birmənalıdır.»

Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin üzvlərindən - Ləman Hacıyeva, Namət Şirinov, Elçin İsmayılov və başqaları çıxış edərək ölkəmizdə gedən sürətli inkişaf, həmçinin cənab İlham Əliyevin daim xalqımıza göstərdiyi yüksək diqqət və qayğı barədə danışıblar. Natiqlər dövlətçiliyə hər zaman sədaqət nümayiş etdirən Göyçay seçicilərini  11 apreldə seçkilərə gəlməyə, inamlı sabahımıza səs verməyə çağırıblar.

Çıxış edən kənd sakinləri cənab İlham Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi diqqət və qayğıdan söz açaraq, bu dəfəki seçkilərdə də YAP-ın qələbəsinə əmin olduqlarını bildiriblər.