YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş rayonunda növbəti görüşlər rayonun Qaradağlı, Aşağı Zeynəddin, Mürsəl və Şıxlı kəndlərindən olan seçicilərlə keçirilib

11 aprel 2018-ci il tarixə  təyin olunan Azərbaycan Respublikasının Prezident seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonunda növbəti görüşlər rayonun Qaradağlı, Aşağı Zeynəddin, Mürsəl və Şıxlı kəndlərindən olan seçicilərlə keçirilib.

Görüşləri Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı  Ağdaş rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov açaraq son 15 il ərzində Azərbaycanın keçdiyi inkişaf yolundan və əldə olunan uğurlardan bəhs edib. Bütün bunların təməlində isə ümummilli lider Heydər Əliyevin siyasi kursunun dayandığını  görüş iştirakçılarının diqqətinə çatdırıb: «Belə bir inkişafın davamlı olması naminə hər kəs Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin ətrafında sıx birləşməli, aprelin 11-də alternativsiz liderimizə səs verməlidir. Daha xoşbəxt gələcək naminə hər birinizi "İlhamla irəli" şüarı ilə cənab İlham Əliyevə səs verməyə çağırıram.»

Sakinlərin yüksək əhval-ruhiyyə ilə iştirak etdikləri görüşdə seçicilər adından çıxış edənlər Həmidə Əliyeva, Mehman Abdullayev, Sevil Nəbiyeva və Elmira Rəhimova bəyan ediblər ki, onların tək bir seçimi var, o da Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevdir.

Görüşlərdə təbliğat-təşviqat qrupunun üzvlərindən Fuad Nəbiyev və Ramin Lətifov çıxış edərək 11 apreldə seçki məntəqələrinə gəlməyin və  birlik nümayiş etdirməyin vacibliyini qeyd ediblər.