YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabaha inamla və İlhamla addımlayırıq

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının Yevlax rayon şöbəsinin təşviqat qrupu üzvüləri  Yevlax şəhərində bir qrup seçici ilə görüş keçirdi.

         Tədbiri giriş sözü ilə  Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov açdı. O, qarşıdan gələn Prezident seçkiləri haqqında məlumat verərək seçki günü hər bir seçicinin seçkiyə gəlməyinin vacibliyini vurğuladı. O bildirdi ki, mən  inanıram ki, hər bir yevlaxlı seçici öz seçki hüququndan istifadə edərək Yeni Azərbaycan Partiyasının namizədi, xalqın sevimlisi İlham Əliyev cənablarına səs verəcəkdir.

         Sonra YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova  geniş nitq söylədi. O, vurğuladı ki, cənab İlham Əliyev son 15 ildə Azərbaycan üçün sürətli inkişaf yaratmaqla dünya ölkələri içərisində nüfuz və qüdrətimizi qat-qat artırıbdır. Hər bir Azərbaycanlı kimi  yevlaxlıların da   sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Məhz bu amillərə görə xalq onu  özünün böyük dövlət xadimi hesab edir və bu seçkilərdə məhz cənab İlham Əliyevə səs verəcəkdir. Biz Azərbaycanlı olaraq fəxr edirik ki, hər bir Azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev yenidən Prezident seçiləcəkdir.

         YAP Yevlax rayon təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev çıxış edərək bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da demokratik seçki mühitinin formalaşdığından, hər bir azərbaycanlının  Prezidenti cənab  İlham  Əliyevin  daim xalqın içərisində olub, xalqına göstərdiyi  yüksək  qayğı və diqqətdən genişliyi ilə bəhs etmişdir. Ötən illərdə Azərbaycanın təhsil sistemində köklü islahatlar həyata keçiirlmiş və müsbət nəticələr əldə olunmuşdur. Ölkəmizin səhiyyə sistemində aparılan uğurlu islahatlar tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdilriməsinə, ixtisaslı kadrların hazırlanmasına və vətəndaşların yüksək səhiyyə xidmətləri ilə təmin edilməsinə səbəb olmuşdur.

Sonra çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Yevlax rayon xəstəxanası Publik hüquqi şəsin drektoru Azər İsmayılov cənab  prezidentin ölkəmizdə Səhiyyənin inkişafına, əhalinin sağlamlığına göstərdiyi qayğı və diqqətdən geniş söz açdı. Bütün bunların davamlılığı üçün 11 Apreldə seçkilərə gələrək hər birinizi Cənab İlham Əliyevə səs verməyə çağırıram.  Gəlin birlikdə İlhamlı gələcəyə səs verək.

Çıxış edən şəhər sakinləri seçicilər Niyaz Hüseynov, Rafiq Əliyev seçicilər  adından bildilər ki, biz artıq öz seçimimizi etmişik. Azərbaycanı işıqlı gələcəyə doğru aparan möhtərəm Prezidentimizin gördüyü işlər həyata keçirdiyi uğurlu inkişaf proqramı danılmazdır. Ona görədə biz hamılıqla 11 apreldə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəciyik.