YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sumqayıt seçiciləri ölkə Prezidentinin siyasi kursunu dəstəkləyir

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhərində seçicilərlə növbəti görüş keçirilib. Hacı Zeynalabdin qəsəbəsində keçirilən görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı məlumat verib. Partiya şəhər təşkilatının sədri bildirib ki, son 15 ildə ölkəmiz yüksək səviyyəli inkişaf yolu keçib. Partiya şəhər təşkilatının sədri qədirbilən sumqayıtlıların hər zaman olduğu kimi bu dəfə də seçkilərdə yüksək fəallıqla iştirak edəcəklərinə və öz seçimlərində hər zaman olduğu kimi dövlətçiliyimizi, birliyimizi, inkişafımızı seçəcəklərinə əminliyini bildirib.

Çıxış edən Milli Məclisin üzvü Tahir Mirkişili də ölkəmizin son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Vurğulanıb ki, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli liderin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət xəttinə sadiqlik  dayanır.

Çıxış edən Milli Məclisin üzvü Muxtar Babayev Sumqayıt sakinlərinin hər zaman dövlətçiliyin keşiyində dayandığını bildirib. Qeyd olunub ki, aprelin 11-də sumqayıtlıların seçimi Yeni Azərbaycan Partyasının namizədi cənab İlham Əliyev olacaq.

Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri Elxan Hüseynov, Şakir Abışov, Sultan Əsədov, Qüdrət Kərimov və başqaları hər bir Sumqayıt sakininin ölkə  Prezidentinin siyasi kursunu dəstəklədiyini dilə gətiriblər.