YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeronlıların seçimi xalqımızın alternativsiz lideri İhlam Əliyevdir

Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatı partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Aşağı Güzdək qəsəbəsində seçicilərlə növbəti görüşünü keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev qeyd edib ki, Azərbaycan son 15 il ərzində hərtərəfli inkişaf yolu keçib. Azərbaycanda sabitlik və inkişafı təmin edən amil Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətdir”.

Sədr seçiciləri seçki günü fəal olmağa çağırıb və əminliyini ifadə edib ki, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qarşıdan gələn seçkilərdə qələbə qazanacaq.

Daha sonra çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov bildirib ki, Azərbaycan öz iqtisadi tərəqqisi ilə inkişafın Azərbaycan modelini formalaşdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli və çevik mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib, iqtisadi inkişaf daha da sürətlənib”.

Rektor bildirib ki, həyata keçirilən bütün bu işlər, əldə edilmiş nailiyyətlər xalqın cənab İlham Əliyevə inamını və güvənini daha da artırıb. Hesab edirəm ki, bu, qarşıdan gələn prezident seçkilərində özünü göstərəcək və cənab İlham Əliyev növbəti dəfə qələbə qazanacaq.

Görüşdə təbliğat qrupunun üzvü Nazilə Məmmədova, qəsəbə ağsaqqalı Novruz Şahverdiyev, qəsəbə sakinləri Nizami Cavadov və Bəybaba Zərbəliyev çıxış edərək artıq seçimlərini etdiklərini və 11 apreldə cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Görüş iştirakçıları 11 apreldə cənab İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan ediblər.