YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İsmayıllı rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində qadınlarla görüş keçirib

Yeni Azərbaycan Partiyası İsmayıllı  rayon təşkilatı prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində İsmayıllı rayon qadınları ilə görüş keçirib.

Görüşdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova bildirdi ki, bu gün respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır. Ölkəmizdə qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Onun nəcibliyi, humanistliyi, yorulmaz fəaliyyəti Azərbaycan qadınları üçün  gözəl bir nümunədir.

Çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov, AMEA Riyaziyyat İnstitununun direktoru Misir Mərdənov bildirdilər ki, Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə qüsursuz siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu, modern Azərbaycan dövləti modelidir. Onun rəhbərliyi ilə görülən işlər ölkəmizin gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir.

Tədbirdə çıxış edən YAP İsmayıllı rayon Qadınlar Şurasının sədri Xuraman Qurbanova,  rayon qadınları Lətifə Əliyeva, Ruhiyyə Süleymanova, Elnarə Aslanlı, Salmanlı Simuzər və başqaları qeyd etdilər ki, bu seçkilərdə də Prezident İlham Əliyevin seçicilərin mütləq əksəriyyətinin səsini qazanacağı heç kimdə şübhə doğurmur.İsmayıllı rayon qadınları da Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəkləyir və alternativsiz liderinə sevgisini, inamını seçki günü bir daha isbatlayacaq.