YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafa rayonunun Zəlimxan və Aşağı Kəsəmən kəndlərində seçicilərlə görüş keçirildi

29 mart 2018-ci il tarixdə  11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin seçki öncəsi təbliğat-təşviqat kampaniyası ilə əlaqədar Ağstafa rayonunun Zəlimxan və Aşağı Kəsəmən kəndlərində seçicilərlə görüş keçirildi.

Görüşü YAP Mərkəzi Seçki Qərargahının Ağstafa rayon şöbəsinin sədri Ramiz Tatarov giriş sözü ilə açaraq İlham Əliyevin rəhbərlikdə olduğu 15 il ərzində gördüyü işlərdən danışdı.

Sonra qərargahın digər üzvü Qalib Cəfərov və  Feruz Həsənov çıxış edərək ölkədə quruculuq-abadlıq işlərindən, enerji layihələrindən, regionların sürətli inkişafından söz açdılar.

Sakinlərdən ağsaqqal Rəhim Mustafayev,  YAP Zəlimxan kənd ərazi ilk partiya təşkilatının sədri Şirin Həsənov,  Aşağı Kəsəmən  kənd tam orta məktəbin direktoru  Mətanət Məmmədova, ağsaqqal Akif Batıyev, Şirin Namazov və başqaları çıxış edərək 11 aprel 2018-ci ildə seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə hamı bir nəfər kimi səs verəcəklərini bildirdilər.