YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda keçiriləcək prezident seçkilərini Belarus MSK-nın üzvləri də müşahidə edəcəklər

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri də müşahidə edəcəklər. Bu barədə  Belarus MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Belarus MSK-nın seçki müşahidəçi qrupuna İqor Plışevskiy və Aleksandr Losyakin daxildir. Qrup aprelin 10-dan Azərbaycanda səfərdə olacaq.

Belarus parlamentinin nümayəndələri isə MDB Parlament Assambleyasının müşahidəçilər qrupunun tərkibində Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcəklər.