YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq həyata keçirilən siyasətin gələcəyinə böyük inamla baxır

Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Ucar  rayon şöbəsi rayonun Qaradağlı kəndində  mitinq-görüş keçirib.  Mintinqdə Qaradağlı kənd sakinləri, ziyalılar, qadınlar, gənclər və ağsaqqallar fəal iştirak ediblər.

Mintinqi giriş sözü ilə YAP Mərkəzi Seçki Qərargahı Ucar  rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq bildirib ki,  bu gün olkəmizdə vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün lazımı tədbirlər həyata kecirilir. Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva  çıxışının sonunda seçiciləri 11 apreldə keçiriləcək prezident seçkilərində fəallıq göstərməyə və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə yekdilliklə səs verməyə çağırıb.

Təbliğat-təşviqat qrupunun üzvü Rahib Rəsulov və YAP Ucar rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Nuru Piriyev çıxış edərək bildiriblər ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının cənab İlham Əliyevin yeni mərhələdə uğurla davam etdirməsi bu gün müstəqil Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətlərindən birinə çevirib.

Seçicilər adından Əlikram İsayev, Səltənət Hümmətova və şəhid atası Aslan Məmmədov çıxış edərək cənab İlham Əliyevin Azərbaycanı işıqlı gələcəyə apardığını vurğulayıblar və seçkilərdə cənab İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan ediblər.