YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxı seçicilərinin seçimi Yeni Azərbaycan Partiyasının namizədidir

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Şamaxı rayon şöbəsi Şamaxı şəhər Mədəniyyyət evində gənclər, qadınlar və   ağsaqqallarla görüşlər keçirib.

Yığıncaqları giriş sözü ilə YAP Mərkəzi Seçki Qərargahı Şamaxı rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Bəxtiyar Abbasov açaraq YAP-ın namizədi cənab İlham Əliyevin siyasi fəaliyyətindən, alternativsiz liderimizin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərindən, həmçinin ölkədə aparılan quruculuq-abadlıq işlərindən danışıb. B.Abbasov seçiciləri xalqımızı uğurlu sabahlara aparan ulu öndər Heydər Əliyev siyasətinin davamlılığına səs verməyə çağırıb.

Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahının üzvləri - Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov, Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli çıxış edərək çıxış edərək bildiriblər ki, Azərbaycanı işıqlı gələcəyə doğru aparan cənab İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi uğurlu inkişaf proqramı danılmazdır. Natiqlər qeyd ediblər ki, növbəti 7 ildə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə qələbələrini davam etdirəcək, qüdrətli dövlət olaraq yeni nailiyyətlərə imza atacaq.

Görüşlərdə iştirak edən seçicilər birmənalı olaraq ən layiqli namizəd cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.