YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qobustanlılar xoşbəxt gələcəyə səs verəcəklər

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon  şöbəsi YAP tərəfindən namizədliyi irəli sürülən cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qobustan şəhər seçiciləri ilə  görüş keçirib.

Tədbirdə YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev çıxış edərək qeyd edib ki, bu gün  hər bir Qobustan sakini, bu möhtəşəm tədbirə gələn hər bir kəs ömrünün ən xoş anlarını yaşayır: «Biz həmişə xalqını, Vətənini dərin məhəbbətlə sevən, fəaliyyəti ilə əməlləri bir olan Liderə arxalanmışıq. Belə bir insan, belə bir qətiyyətli rəhbər, belə bir müdrik siyasətçi cənab İlham Əliyevdir. Bütün  Qobustan sakinləri gələcəyimizə, inkişafımıza, xoşbəxtliyimizə, cənab İlham Əliyevə səs verəcəyik.»

Görüşdə YAP Mərkəzi Seçki Qərargahı Qobustan  rayon şöbəsinin üzvləri - Zaur Cəfərov, İmran Sabirov, Əlibəy Abduləzizov çıxış edərək cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində həyata keçirilmiş işlər və qazanılmış uğurlu nailiyyətlər barədə öz fikirlərini bölüşüblər və  seçiciləri 11 aprel 2018-ci il tarixində xalqın alternativsiz namizədi cənab İlham Əliyevə səs verməyə səsləyiblər.

Qobustan şəhər sakinlərindən Təhmiraz Ağaquliyev, Vüsalə Mamedova, Güldəstə Bayımova, Ofeliya Əhmədova və digərləri çıxış edərək 11 aprel 2018-ci ilin ölkəmizdə, o cümlədən Qobustanın tarixində də unudulmaz bir gün olacağından və bunun üçün səsvermə hüququ olan hər bir rayon sakininin fəallıq nümayiş etdirməsinin vacibliyindən danışıblar.