YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmir rayonunun Qarabucaq qəsəbə, Qarabucaq kənd, və Qurd Bayram kəndlərində çoxsaylı seçicilərlə görüşlər keçirilib

Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat – təşviqat kampaniyası çərçivəsində Kürdəmir şəhərində, eləcə də  rayonun Qarabucaq qəsəbə, Qarabucaq kənd, və Qurd Bayram kəndlərində çoxsaylı seçicilərlə görüşlər  keçirilib.

Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahı Kürdəmir rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Ağali Kərimli  qeyd edib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı quruculuq işləri, infrasturuktur layihələri reallaşdırılır: «Azərbaycanda lider-xalq birliyi sarsılmazdır. Xalqımız öz liderinə inanır, liderimiz də xalqın maraqlarını ləyaqətlə təmsil  edir. Seçicilərimiz  mövcud inikişafın davamlı olmasını istəyərək  11 aprel tarixində cənab İlham Əliyevə yenidən etimad göstərəcəklər.»

Milli Məclisin deputatı Elman Nəsirov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə-jurnalist Zemfira Zərbalıyeva, rayon təbliğat-təşviqat qrupunun üzvlərindən Sabir Novruzov, Elmira Süleymanova çıxış edərək bildiriblər ki, biz şərəfli bir yolla, inamla, qürurla, iftixarla irəliləyirik. İllərdir bu yol bizi qələbələrə, yeni uğurlara, yeni nailiyyətlərə aparır: «Ölkəmizdə iqtisadi inkişaf sürətli və davamlıdır. Bu siyasətin davamlı olması üçün yenə də cənab İlham Əliyevə səs verməliyik. Kürdəmir seçiciləri aprelin 11-də yekdilliklə cənab İlham Əliyevə səs verəcəklər.»

Seçicilərdən şəhid anası Əsbət Əliyeva, Rəhman Mikayılov, Rasim Əzizov, Məhəmməd Musayev, Yaqut Əşrəfova, Dürriyə Seyidova çıxış edərək  vurğulayıblar ki, Ümummilli Liderimizin siyasi kursu bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.