YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağsu rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Daşdəmirbəyli kəndində seçicilərlə görüş keçirib

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Ağsu rayon şöbəsinin üzvləri partiya tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Daşdəmirbəyli kəndində seçicilərlə görüş keçiriblər.

Görüşdə Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının sədri Əli  Hüseynov bildirib ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çox böyük sürətlə inkişaf edib, nailiyyətlər, uğurlar  əldə edib: «Cənab İlham Əliyevin rəhbərliyi dövründə respublikamız çox böyük inkişafa imza atıb. Elə buna görə də biz əminliklə deyə bilərik ki, seçicilər, o cümlədən ağsulular bu xidmətlərinə görə yenidən xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verəcəklər.»

Tədbirdə Mərkəzi Seçki Qərargahı Ağsu rayon şöbəsinin təbliğat–təşviqat qrupunun üzvləri – Sehrayə Hümbətova, Yaşar Qarayev, Seyfəddin Abdullayev, Tahir Xasi, Camaləddin Zeynalov Azərbaycanda olan yüksək inkişafdan, insanlara göstərilən qayğı və diqqətdən danışıblar. Qeyd olunub ki, ölkəmizin hər yerində olduğu kimi, Ağsu rayonu da inkişaf dövrünü yaşayıb və bu, davam etməkdədir.

Seçicilər  adından Ələflan Məmmədov, Xalıq Qasımov  çıxış edərək xalqın rifahı və ölkənin inkişafı naminə gördüyü böyük işlərə görə 11 aprel 2018-ci il tarixində seçki məntəqələrinə gələrək cənab İlham Heydər oğlu Əliyevə səs verəcəklərini böyük ruh yüksəkliyi ilə bildiriblər.