YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Zəkiyev: Azərbaycanın idman ictimaiyyəti cənab İlham Əliyevi dəstəkləyir

«Möhtərəm Prezidentimiz idmançıların böyük dostu və hamisidir. İdman ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirləri, görülən işləri yüksək qiymətləndirirlər». Bu fikirləri yap.org.azs aytına Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev deyib.

İ.Zəkiyev bildirib ki, idman sahəsində əldə edilən nailiyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən də təqdir olunur. Bu, təsadüfi deyil, çünki Azərbaycanda çoxsaylı idman yarışları, o cümlədən Avropa və dünya çempionatları, Olimpiya və qeyri-olimpiya idman növləri üzrə çempionatlar keçirilir.

«Azərbaycan sülh, dostluq və əməkdaşlıq dəyərlərini özündə ehtiva edən Olimpiya hərəkatının təşviqinə böyük dəyər verir. Avropa Oyunlarının standartlarını müəyyənləşdirən, IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edən Azərbaycan tolerantlığı, sivilizasiyalararası dialoqu təşviq etməklə yanaşı, Şərq ilə Qərb arasında körpü rolu oynadığını nümayiş etdirir. Bütün bu uğurlar Azərbaycanda idmanın inkişafına göstərilən qayğının sayəsində əldə olunur, paralel surətdə Azərbaycan beynəlxalq Olimpiya hərəkatına da öz töhfəsini verir. Bütün bu reallıqlar və nailiyyətlərin fonunda əminliklə deyə bilərik ki, idman ictimaiyyətinin seçimi bəllidir: Azərbaycanın idman ictimaiyyəti cənab İlham Əliyevi dəstəkləyir!»-deyə, İ.Zəkiyev qeyd edib.