YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Sağlam məntiq hansısa başqa bir variantı istisna edir

«Sağlam məntiq hansısa başqa bir variantı istisna edir. Son 15 ildə Prezident İlham Əliyevin apardığı siyasət, milli maraqların keşiyində qətiyyətlə dayanması ölkə vətəndaşlarında Ona münasibətdə böyük inam formalaşdırıb». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, ölkədəki uzunmüddətli sabitliyin, inkişafın müəllifi Prezident İlham Əliyevdir. Onun sözlərinə görə, respublikamızda cənab İlham Əliyevin titanik fəaliyyətinin nəticəsi olaraq yaranan müsbət reallıqlar insanlarda qürur hissi və gələcəyə böyük inam yaradır.

«Azərbaycan xalqı 15 ildir ki, hörmətli Prezidentimiz İlham Əliyevin sayəsində firavanlıq şəraitində yaşayır və öz xoşbəxt gələcəyini qurur. Milyonlarla insanın, seçicilərin amalı budur ki, İlham Əliyev yenə də dövlət başçısı seçilsin və Azərbaycanın inkişafı bundan sonra da davam etsin! Yerlərdən aldığımız məlumatlarda bildirilir ki, təbliğat-təşviqat kampaniyası zamanı respublikanın hər yerində seçicilər, cəmiyyətin bütün təbəqələrinin nümayəndələri dövlət başçısı, YAP-ın Sədri İlham Əliyevə böyük rəğbətlərini ifadə edirlər və seçki günü tərəddüd etmədən Onun namizədliyini dəstəkləyəcəklərini vurğulayırlar. Bilirsinizmi, bu və ya digər vasitələrlə çox az sayda insanı hansısa namizədin tərəfinə çəkmək mümkündür. YAP-ın namizədi İlham Əliyevə münasibətdə isə söhbət ümumxalq məhəbbətindən gedir»-deyə, komitə sədri vurğulayıb.