YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağsu rayonunun Kalva, Suraxanı, Dilman, Hacman, Xatman, Nuran, Nüydü, Sanqalan, Qırlar, Zərqava kəndlərində seçicilərlə görüşlər keçirilib

11 aprel 2018-ci  ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni  Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağsu rayonunun Kalva, Suraxanı, Dilman, Hacman, Xatman, Nuran, Nüydü, Sanqalan, Qırlar, Zərqava kəndlərində seçicilərlə  görüşlər keçirilib.

Görüşlərdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Ağsu rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Əli Hüseynov bildirib ki, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu gündən-günə yüksəlir, iqtisadiyyatımızda dinamik inkişaf təmin edilir. Cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsini sevinc hissi ilə qarşıladığını bildirən Ə.Hüseynov ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olan ağsuluları Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.

Tədbirlərdə YAP Mərkəzi Seçki Qərargahı Ağsu rayon şöbəsinin təbliğat–təşviqat qrupunun üzvləri Sənan Nemətov, Tahir Xasi, Seyfəddin Abdullayev, Günay İnayətova, Əmrulla Kərimov, Yaşar Qarayev, Camaləddin Zeynalov, Elnur Fərzəlizadə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərindən, həmçinin rayonda görülən quruculuq-abadlıq işlərindən danışıblar.

Kənd sakinləri Rubət Əsgərov, Tərlan Səmədov, Sabir Məmmədov və Baxış Baxışov çıxış edərək onlara yaradılan şəraitə, həyat səviyyəmizin yaxşılaşdırılması istiqamətində atılan addımlara görə cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vurğulayıblar ki, 11 aprel tarixində keçiriləcək seçkilərdə ağsuluların seçimi cənab İlham Əliyevdir.