YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşlılar öz seçimlərini ediblər

Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Ağdaşda da uğurla davam edir. YAP Mərkəzi Seçki Qərargahı Ağdaş rayon şöbəsi tərəfindən təbliğat-təşviqat kampaniyasına start verildiyi gündən seçicilərlə görüşlər keçirilir. Növbəti görüşlər ötən gün rayonun Qulbəndə, Şordəhnə, Qəsil və Qarağan Şıxlar kəndlərinin sakinləri ilə olub.

Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahı Ağdaş rayon şöbəsi və partiyanın rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov son illər ərzində ölkədə və eləcə də Ağdaş  rayonunda görülmüş işlərdən söz açıb. Milli Məclisin deputatı bildirib ki, həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, ölkəmizin beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi etməsi, regionların sosial-iqtisadi inkişaf proqramlarının reallaşması, demokratik idarəçilik mexanizmlərinin tətbiqi, vətəndaş cəmiyyətinin qurulması, hüquqi təsisatların bərqərar edilməsi, ən müxtəlif sahələr üzrə etibarlı beynəlxalq tərəfdaş imicinin qazanılması inkişaf edən müasir Azərbaycanın reallıqlarına çevrilib. Məhz belə möhtəşəm uğurlara görə, ağdaşlılar 11 aprel tarixində keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləyəcəklər.

Çıxışının sonunda YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov 11 apreldə seçiciləri seçki məntəqələrinə gəlməyə və Azərbaycanın uğurlu gələcəyi naminə cənab İlham Əliyevə səs verməyə çağırıb.

Seçicilərlə görüşdə çıxış edən təbliğat qrupunun üzvləri İsa Eminov və Səadət İbrahimova cənab İlham Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü işlərdən danışaraq xalq tərəfindən göstərilən etimadın yüksək səviyyədə doğrultduğunu qeyd ediblər.

Görüşlərdə seçicilərdən Adil Məmmədov, Fəxrəddin Həsənov, Sahib Əhmədov və Məhəmməd Əzizov çıxış edərək bildiriblər ki, bütün ağdaşlılar kimi onların da aprelin 11-də hamılıqla seçki məntəqələrinə gedərək yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.