YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaz Toxtorov: Prezident seçkiləri Azərbaycanda dövlətçiliyin daha da möhkəmlənməsinə xidmət edəcək

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Azərbaycan xalqı müstəqil seçim imkanından istifadə edəcək və gələcək inkişafına səs verəcək.

Bu fikirləri Qırğızıstan parlamentinin deputatı Almaz Toxtorov sechki-2018.az saytına açıqlamasında deyib.

O bildirib ki, bu seçkilər, eyni zamanda, sürətlə inkişaf edən Azərbaycan üçün islahatların davamına zəmin yaradacaq. “Hesab edirəm ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə keçirilən seçki Azərbaycanda dövlətçiliyin daha da möhkəmlənməsinə xidmət edəcək”,- deyə deputat vurğulayıb.