YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gədəbəy rayon təşkilatı prezident seçkilərinin təbliğat kampaniyasını uğurla həyata keçirir

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı da 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına yüksək fəallıqla başlayıb.

Kampaniyaya start verilən andan rayon təşkilatının Seçki Qərargahının üzvləri və gənc fəallar rayonun inzibati ərazisini əhatə edən iki seçki dairəsi- 103 saylı Gədəbəy və 104 saylı Gədəbəy-Tovuz seçki dairələri üzrə məntəqələrin ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində təbliğat-təşviqat materiallarını yerləşdirməyə başlayıblar. Seçki Qərargahının tədbirlər planına uyğun olaraq kampaniya dövründə Seçki Məcəlləsinə uyğun nəzərdə tutulmuş açıq və qapalı yerlərdə seçicilərlə çoxsaylı görüşlərin keçirilməsi nəzərdə tutulur. Gədəbəy ictimaiyyəti əminliklə bildirir ki, bu seçkilərdə də onlar xalqımızın alternativsiz seçimi, YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklər.