YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Separatçı rejimin başçısının ABŞ-a səfəri yolverilməzdir

«Dağlıq Qarabağın separatçı rejiminin başçısının ABŞ-a səfəri yolverilməzdir». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, separatçı rejimin rəhbəri ABŞ-a buraxılmamalı idi. Onun sözlərinə görə, ABŞ-ın bu addımı danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir, regionda gərginliyin artmasına xidmət edir.

«Bako Saakyanın Amerikaya səfəri ABŞ-ın siyasətində ikili standartların bariz nümunəsidir. Dağlıq Qarabağdakı işğalçı rejimin başçısı Bako Saakyanın ABŞ-a səfəri Birləşmiş Ştatlarının siyasətində mövcud olan ikili standartların bariz nümunəsidir. Minsk qrupunun həmsədri kimi münaqişənin beynəlxalq hüquq və normaları çərçivəsində həllinə görə məsuliyyət daşıyan, dünyada haqqın və ədalətin keçiyində durduğunu bəyan edən bir ölkənin işğalçı rejimin başçısına belə şərait yaratması nonsensdir. Əgər bu, normaldırsa, nəyə görə Krımın, Cənubi Osetiyanın, Abxaziyanın, Dnestryanı Respublikanın və digər bu kimi qurumların rəhbərlərinə müvafiq şərait yaradılmır? Yox, əgər pisdirsə, nəyə görə Bako Saakyana belə imkan tanınır? Bütün bunlar ABŞ-ın münaqişənin həllində obyektiv mövqe tutmadığını göstərir»-deyə, E.Məmmədov vurğulayıb.