YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mirko Saroviç: Bosniya və Herseqovina ilə Azərbaycanın iqtisadi münasibətləri güclü siyasi əlaqələrin təcəssümüdür

Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq münasibətləri mövcuddur. İqtisadi münasibətlərimiz güclü siyasi əlaqələrimizin təcəssümüdür.

Bu fikirləri Bosniya və Herseqovina Baş nazirinin müavini, xarici ticari-iqtisadi münasibətlər naziri Mirko Saroviç deyib.

Azərbaycandan ölkəsinə yeni investisiyaların cəlb ediləcəyinə ümidvar olduqlarını söyləyən Mirko Saroviç Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya səfərini səbirsizliklə gözlədiklərini bildirib: "Hazırda ikitərəfli müqavilələrin hazırlanması üzərində işləyirik. Bu sıraya meyvə-tərəvəz məhsulları istehsalı üzrə birgə müəssisənin yaradılması da daxildir. İkitərəfli sazişlər bizim iqtisadi əməkdaşlığımızı daha da inkişaf etdirməyə yardımçı olacaq".

Bosniya və Herseqovinanın TAP layihəsinə qoşulduğunu xatırladan Baş nazirin müavini bununla bağlı ölkəsində strateji sənədlərin qəbul olunduğunu, Şahdəniz layihəsindən gələn enerji ehtiyatları vasitəsilə böyük imkanlar əldə edəcəklərini vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Mirko Saroviç problemin sülh yolu ilə ədalətli həllinə tərəfdar olduqlarını bildirib.