YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycanda iqtisadiyyatın diversifikasiyası üzrə mühüm addımlar atılıb

«Son dövrlərdə Azərbaycanda iqtisadiyyatın diversifikasiyası üzrə mühüm addımlar atılıb». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, dövlətimiz xarici sahibkarlar üçün əlverişli şərait yaradıb. Onun sözlərinə görə,  prioritet qeyri-enerji sahələri inkişaf etdirilməklə ölkəmizin investisiya potensialı genişləndirilir.

«Bütün bunlar Azərbaycan Prezidentinin strategiyasının tərkib hissəsidir. Ötən il biz həm Asiya, həm də Avropa üçün mühüm və etibarlı dəmir yolu əlaqəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunu istifadəyə verdik”. İpək Yolu marşrutu təkcə Azərbaycan üçün deyil, həm də marşrutun bütün iştirakçı ölkələri üçün iqtisadi inkişafa mühüm təkan verəcək»-deyə, deputat qeyd edib.