YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Global Risk Insights: Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı tranzit dövriyyəsinin artmasına kömək edəcək

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı tranzit dövriyyəsinin həcmini artırmağa kömək edəcək.

Bu barədə “Global Risk Insights” analitik mərkəzinin hesabatında bildirilir.

Qeyd edilib ki, Çin ilə Avropanı birləşdirən üç əsas dəmiryolu marşrut yolundan biri Qazaxıstanın və ya Türkmənistanın dəmir yolu sistemləri vasitəsilə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizidir. Qazaxıstan və Türkmənistandan yüklər Xəzər dənizi vasitəsilə Azərbaycana daşınır. Buradan isə mallar Cənubi Qafqazdan və Türkiyə ərazisindən keçən dəmir yolu şəbəkəsinə yüklənir.

Rusiyadakı yükdaşıma həcmləri əhəmiyyətli dərəcədə artsa da, yeni nəqliyyat marşrutlarının yaradılması Çin üçün maraqlıdır. Cənubi Qafqazdakı BTQ dəmir yolu üzərində işlərin başa çatması Qazaxıstan və Türkmənistan vasitəsilə yükdaşımanı daha da cəlbedici edib. Həmçinin İranın Cənubi Qafqaz və Mərkəzi Asiya ilə genişlənən dəmir yolu əlaqələri də ticarət imkanlarını daha da artırır. Qazaxıstandan dəmir yolu nəqliyyatı ilə Avropaya daşınan yüklərin həcmi 2017-ci ilin noyabrın əvvəllərində 102 min konteynerə çatıb. Növbəti hədəf isə 2020-ci ilə qədər konteynerlərin sayını 2 milyona çatdırmaqdır.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı tranzit dövriyyəsinin həcmini artırmağa kömək edəcək.