YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Həmsədrlər siyasi iradə ortaya qoymalıdır

«Yalnız görüşlər, təmaslar Dağlıq Qarabağ  münaqişəsini həll edə bilməz. Həmsədrlər siyasi iradə ortaya qoymalıdır». Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Krakov görüşündən sonra həmsədrlər  faktaraşdırıcı missiyanın Azərbaycanın işğal edilmiş ərazilərinə göndərilməsindən deyil, münaqişəyə məruz qalan ərazilərə göndərilməsindən danışırlarsa, buna ünvansız bəyanat deyilir. Düzgün olaraq Ermənistanın işğalına məruz qalan Azərbaycan ərazisi ifadəsi işlədilməlidir.

«Ermənistan görür ki, qınaq obyektinə çevrilmir, yeni cinayətlər törətməkdə maraqlı olur. Həmsədrlər bunu nəzərə almalıdır. Heç kim təminat verə bilməz ki, bu münaqişə dondurulub, istənilən halda müharibəyə çevrilə bilər. Həmsədrlər bu perspektivi hesablayıb siyasi iradə ortaya qoymalıdırlar»-deyə, deputat vurğulayıb.