YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Gənclər Günü Azərbaycan gəncliyi tərəfindən böyük coşqu və ruh yüksəkliyi ilə qeyd edilir

«Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində bu sahədə böyük nailiyyətlər əldə olunur». Bu fikri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, hər il 2 fevral – Gənclər Günü Azərbaycan gəncliyi tərəfindən böyük coşqu və ruh yüksəkliyi ilə qeyd edilir. Ulu öndər Heydər Əliyev 1997-ci ildə "2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd olunur. Sevindirici haldır ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis olunub.

«Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, ölkədə gənclər gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn Fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu Azərbaycan gəncliyinin inkişafında müstəsna əhəmiyyət kəsb edib. Bu gün Azərbaycanda bütün məsələlərdə gəncliyin marağı nəzərə alınır və gəncliyin potensialından maksimum dərəcədə istifadə olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti gəncliyin gələcəyə ümidlə və optimist baxmasına imkan verir. Ölkəmizdə bu sahədə qəbul olunan Dövlət proqramlarının yaratdığı imkanlardan bütün gənclərimiz bəhrələnirlər. Bu mühüm və çoxşaxəli proqramlarda vətənpərvərlik, azərbaycançılıq məfkurəsi, gənclərin beynəlxalq inteqrasiyası və dünyagörüşünün artırılması və s. məsələlər xüsusilə diqqət mərkəzində saxlanılır»-deyə, deputat qeyd edib.