YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Son 14 il ərzində Azərbaycanın bölgələrinin hərtərəfli inkişafını təmin etmək üçün məqsədyönlü tədbirlər görülüb

«Son 14 ildə Azərbaycan sosial-iqtisadi inkişaf parametrlərinə görə dünyada çox böyük uğurlara imza atıb. Ölkəmizdə cəmiyyət həyatının bütün sahələri yenilənib və müasirləşib, əhalinin rufah halı müqayisəolunmaz dərəcədə yaxşılaşıb, sabitlik və təhlükəsizlik mühiti tam təmin edilib, respublikanın beynəlxalq nüfuzu artıb».  Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, 2004-2017-ci illərdə ölkədə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları uğurla icra edilib, bölgələrin hərtərəfli inkişafı üçün məqsədəuyğun tədbirlər görülüb və böyük nəticələr əldə olunub. «Bütövlükdə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji hədəfi dövlətin qüdrətini artırmaq və onun müstəqilliyini möhkəmləndirməkdir. Prezident İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində vurğulayıb ki, əsas məqsədimiz Azərbaycanın inkişafını daha da sürətləndirməkdir, dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır və biz buna nail ola bilmişik.
Son 14 il ərzində Azərbaycanın bölgələrinin hərtərəfli inkişafını təmin etmək üçün məqsədyönlü tədbirlər görülüb. Ölkənin regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. Məlum olduğu kimi, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı beşillik Dövlət proqramlarının qəbul edilməsi təşəbbüsünü Prezident İlham Əliyev hələ 2003-cü ildə seçicilərlə görüşlərində irəli sürüb. Cənab İlham Əliyev xalqın inamını qazanaraq Prezident seçildikdən sonra Öz vədinə sadiq qaldı. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir. Yanvarın 29-da keçirilən konfransda dövlət başçısı əldə olunan nəticələri təhlil etdi və qarşıda görüləcək işlərlə bağlı tapşırıqlar verdi.  Bu baxımdan, kənd təsərrüfatının daha da inkişafı ilə əlaqədar verilən tapşırıqlar da xüsusi önəm kəsb edir. Bu istiqamətdə görüləcək işlər qeyri-neft sektorunun əsaslarından birini təşkil edən aqrar sahədə çox yüksək nəticələrin əldə olunmasına səbəb olacaq»-deyə, komitə sədri vurğulayıb.