YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Çindən hibrid tipli elektrik stansiyaları alacaq

Azərbaycan Çindən hibrid tipli elektrik stansiyaları alacaq.

Bu barədə Energetika Nazirliyinin 2017-ci il üzrə “Yanacaq-energetika kompleksində fəaliyyətə dair” hesabatında deyilir.

Bildirilir ki, Azərbaycan Respublikası tərəfindən edilmiş müraciətə əsasən, Çin Xalq Respublikası Hökuməti ilə imzalanmış Texniki-İqtisadi Əməkdaşlıq Sazişi üzrə “Ucqar ərazilərdə səyyar alternativ və bərpa olunan enerji stansiyalarının quraşdırılması layihəsi” çərçivəsində Çin tərəfindən 3 milyon dollar həcmində ayrılmış qrant vəsaiti hesabına 2 ədəd 100 kilovatlıq hidro elektrik stansiyasının (HES), 6 ədəd 10 kilovatlıq hibrid günəş-külək stansiyasının (avtonom), 410 ədəd 2 kilovatlıq günəş stansiyasının (avtonom), 410 ədəd (3 kubmetr) günəş kollektorunun alınması və “1 ev-1 elektrik stansiya” layihəsi çərçivəsində istifadə edilməsi nəzərdə tutulur.