YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulrike Andres: TAP Cənub-Şərqi Avropada təmiz enerji mənbəyinin tətbiqinə imkan yaradacaq

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəməri Cənub-Şərqi Avropada təmiz enerji mənbəyinin tətbiqinə imkan yaradacaq.

Bu barədə TAP-ın kommersiya və xarici əlaqələr üzrə direktoru Ulrike Andres yanvarın 30-da Avstriyanın paytaxtı Vyanada keçirilən XI Avropa Qaz Konfransındakı (European Gas Conference 2018) çıxışında deyib.

O bildirib ki, TAP xüsusilə kömürə çox üstünlük verən Cənub-Şərqi Avropada təmiz enerji mənbəyinin tətbiqinə imkan yaradacaq. TAP və “Cənub Qaz Dəhlizi” karbon emissiyasının azaldılmasına və ətraf mühitə təsirin azaldılması hədəflərinə nail olmağa kömək edəcək.

“TAP və “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyinə, diversifikasiyaya və dekarbonizasiyaya doğru addım atır. Ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq TAP Bolqarıstanın qaza olan tələbatının 40 faizini, Yunanıstanın tələbatının üçdə birini, İtaliyanın idxalının isə 12 faizini təmin etmək iqtidarında olacaq”, - deyə Ulrike Andres əlavə edib.