YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahir Abbaszadə: Sahibkarlara göstərilən dövlət dəstəyi regionların inkişafında vacib rol oynayır

«Həyata keçirilən siyasət və göstərilən hərtərəfli dövlət dəstəyi sayəsində ölkəmizdə bütün sahələr inkişaf edib. Bu inkişafdan paytaxt Bakı ilə yanaşı, regionlara da pay düşüb. Regionların sosial-iqtisadi inkişafı prosesində dövlətlə yanaşı, özəl sektor da yaxından iştirak edir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, sahibkarlara göstərilən dövlət dəstəyi öz növbəsində regionların inkişafında vacib rol oynayır. Belə ki, göstərilən dövlət dəstəyi nəticəsində sahibkarlar ölkəmizin, o cümlədən regionların sosial-iqtisadi inkişafında fəal iştirak edirlər.

«Son 14 ildə layihələrinin ümumi dəyəri 4 milyard manatdan çox olan 34 mindən çox sahibkara dövlət tərəfindən 2 milyard manatdan artıq güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması onminlərlə  yeni iş yerinin açılması imkanı yaradıb. Güzəştli kreditlərin təxminən 70 faizi aqrar sektorun, 30 faizi müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 75,4 faizi regionların, 24,6 faizi isə Bakı qəsəbələrinin payına düşür. Bu yöndə siyasət gələcəkdə də uğurla davam etdiriləcək»-deyə, deputat qeyd edib.