YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Qazanılan nailiyyətlər Azərbaycanın gücünü artırır

«“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev təkcə ötən bir ilin deyil, bütövlükdə son 14 ilin sosial-iqtisadi göstəricilərini xatırlatdı. Dövlət başçısı vurğuladı ki, əldə olunan yüksək nəticələrə ilk növbədə ictimai-siyasi sabitlik  sayəsində nail olunub. Çünki sabitlik olmayan yerdə hansısa inkişafdan söhbət gedə bilməz». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, dünyada baş verən mürəkkəb, ziddiyyətli proseslər fonunda Azərbaycanda sabitlik hökm sürür, milli həmrəylik var. Bu amillər isə inkişafımızın əsasını təşkil edir.

«Son 14 ilin nəticələri də bu reallığı təsdiqləyir. Belə ki, bu dövrdə iqtisadiyyatımız 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. Sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında isə 1,7 dəfə artım müşahidə olunur. Qeyri-neft ixracımız 4,1 dəfə artıb. Ötən dövrdə 30 elektrik stansiyası tikilib, qazlaşdırma 93 faizdir. İçməli su təminatına gəlincə, bu göstərici ölkə üzrə  14 il əvvəl 26 faiz idisə, hazırda  67 faizdir. Hazırda regionlarda su-kanalizasiya sisteminin yaradılması istiqamətində də böyük işlər görülür. Konfransda dövlət başçısının qeyd etdiyi kimi 14 il ərzində 12 min 300 kilometr yol, 443 körpü tikilib. Yol infrastrukturunun yeniləşdirilməsi  iqtisadiyyatın yüksəlməsinə böyük təsir göstərməklə yanaşı, əhaliyə həyat rahatlığı verir. Yəni bütün görülən işlər Azərbaycanın sosial-iqtisadi inkişafına böyük töhfələr verir. Bütövlükdə, hər bir sahədə qazanılan nailiyyətlər Azərbaycanın gücünü artırır, beynəlxalq müstəvidə də mövqeyini möhkəmləndirir»-deyə, T.Rzayev vurğulayıb.