YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Henrik Hololey: Azərbaycan Avropa İttifaqının Trans-Avropa şəbəkələrinin bir hissəsinə çevrilə bilər

Azərbaycan Avropa İttifaqının Trans-Avropa şəbəkələrinin bir hissəsinə çevrilə bilər.

“Caspian European Club”dan bildirilib ki, bunu yanvarın 30-da keçirilən birinci “CEO Breakfast Baku”da fəxri qonaq qismində iştirak edən Bakıda səfərdə olan Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru (DG MOVE) Henrik Hololey deyib.

O, “CEO Breakfast Baku”nun qonaqlarını salamlayaraq deyib: “Azərbaycan Avropa ailəsinin üzvüdür. Buna görə də Avropa İttifaqı ilə daha dərin əlaqələrin təmin edilməsi bizim üçün çox vacibdir. Yalnız bu halda bütün müəssisələrin tam potensialını aça və vətəndaşlarımızı daha da yaxınlaşdıra bilərik. Biz bunu Azərbaycanın Avropa İttifaqının Trans-Avropa şəbəkələrinin bir hissəsinə çevrilməsinə imkan yaradacaq əsaslı aviasiya razılaşması və sıx dəniz əməkdaşlığı vasitəsilə həyata keçirməkdə qətiyyətliyik”.