YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Sarkisyan başa düşür ki, gec-tez Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək

«İşğalçı Ermənistanın rəhbəri Serj Sarkisyan başa düşür ki, gec-tez Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Sarkisyan  artıq dalana dirənib və çıxılmaz durumdadır. «Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və bu ərazilərin azad edilməsi ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələr var. Digər tərəfdən, Sarksiyana "yumşaq” dövlət başçısı lazımdır ki, Dağlıq Qarabağla bağlı əldə edilmiş razılaşmanı əks etdirən sənədlərə imza atsın. Bu da Ermənistan cəmiyyətində real siyasi tamaşaya çevrilir. Çünki faktiki olaraq, Sarkisyana həmin sənədlərə imza atacaq yumşaq siyasətçi lazımdır. Bu da Serj Sarkisyanın ssnerasidir və belə bir addıma üstünlük verir. Ona görə də, Ermənistanda siyasi sistemi dəyişməklə Sarkisyan müəyyən planlar qurur. Onun AŞPA-dakı çıxışı da yalan və böhtan üzərində qurulmuşdu. Bu riyakarlığın ən yüksək nümunəsidir»-deyə, E.Məmmədov vurğulayıb.