YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Ermənistanın müdafiə naziri azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatında iştirak edib

Ermənistan rəhbərliyi və ölkənin AŞPA-dakı deputatları tarixi həqiqətləri təhrif etməyi dayandırmalıdırlar. Bu, belə davam edə bilməz. Vətənim Dağlıq Qarabağ, anadan olub böyüdüyüm Şuşa şəhəri bu gün Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Belə bir təşkilatda erməni deputatları “Dağlıq Qarabağda demokratiya var” deyərək yalan məlumatlar verməməlidirlər. Silah gücünə və üçüncü ölkənin hərbi qüvvələri hesabına başqa bir dövlətin ərazilərini işğal altında saxlamaqla necə demokratiyadan danışmaq olar?

Bu fikri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev qurumun sessiyası çərçivəsində keçirilən sərbəst müzakirələrdə çıxışı zamanı deyib. O bildirib ki, Ermənistanın müdafiə naziri Ohanyan 1992-ci ildə Dağlıq Qarabağda komandir olub və dinc azərbaycanlı əhalinin qətlə yetirilməsində, azərbaycanlılara qarşı etnik təmizləmənin aparılmasında birbaşa iştirak edib. Belə bir vəziyyətdə heç kim demokratiyadan danışa bilməz. Yalnız Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının üzvləri arasında dialoqu, eləcə də itirilmiş etimadı bərpa etməklə ATƏT-in Minsk qrupunun danışıqlar prosesinə töhfə verə və münaqişənin sülh yolu ilə həllinə nail olarıq.

Deputat diqqətə çatdırıb ki, beynəlxalq qurumlar, eləcə də AŞPA ərazi mübahisələrinin nizamlanması istiqamətində prinsipial mövqe göstərməli və dünyada yeni münaqişələrə yol açmamaq üçün bütün separatçı qüvvələrə, eləcə də erməni separatçılarına qarşı mübarizədə ciddi yanaşma sərgiləməlidir.