YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Ermənistanda parlament tərəfindən seçilən prezident rəmzi xarakter daşıyacaq

«Ermənistanın parlament üsul-idarəsinə keçməsində əsas məqsədi demokratiya görüntüsü yaratmaqdır. Amma işğaçı dövlət heç zaman demokratik ola bilməz». Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Ermənistanda parlament tərəfindən seçilən prezident rəmzi xarakter daşıyan səlahiyyətlərə malik olacaq. Onun sözlərinə görə, hakim Respublikaçı Partiya tərəfindən namizədliyi irəli sürülən səfir Armen Sarkisyan Serj Sarkisyanın tapşırıqlarını yerinə yetirəcək.

«Yeni sistemə keçdikdən sonra  prezident xarici siyasəti həyata keçirən şəxs olmayacaq. Xarici siyasəti həyata keçirən şəxs xarici işlər naziri olacaq. Əgər hazırkı XİN rəhbəri Edvard Nalband öz postunda qalsa, onda xarici siyasətlə bağlı məsələləri o reallaşdıracaq, onun da rəhbəri baş nazir olacaq»-deyə, deputat qeyd edib.