YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Dünyanın aparıcı dövlətləri və şirkətləri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır

“Davos Forumu kimit anınan Dünya İqtisadi Forumunun məqsədi dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri səmərəli dialoqa və əməkdaşlığa cəlb etmək, onların arasında əlaqə yaratmaq və yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, bu istiqamətdə müzakirələr aparmaqdır. Çox sevindirici haldır ki, Azərbaycan da bu forumda ən yüksək səviyyədə təmsil olunur. Hər il olduğu kimi, bu il də cənab Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir. Dövlətimizin başçısı burada dünyanın ən tanınmış siyasi və iqtisadi elitaların nümayəndələr ilə görüşlər keçirir və Azərbaycanın əməkdaşlığa hazır olduğunu nümayiş etdirir”. Bu fikirləri yap.org.az saytına  YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyev Davosa səfəri çərçivəsində 30-a yaxın səmərəli görüşlər keçirib, iclaslarda iştirak edib.

“Bu cür dünya miqyaslı şirkətlərlə səmərəli görüşlərin keçirilməsi əlbəttə ki, Azərbaycana olan maraqdan irəli gəlir” – deyənSədaqət Vəliyeva əlavə edib ki, Forum çərçivəsində gedən müzakirələrin nəticələri bir daha Azərbaycanın uğurlarının və inkişafının göstəricisi olduğunu isbatlayır: “Cənab Prezident İlham Əliyevin Davosda səmərəli və önəmli görüşlər keçirməsi və sessiyalarda iştirak etməsi dünyanın aparıcı dövlətlərinin və şirkətlərinin Azərbaycana olan marağından irəli gəlir. Çünki, Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, eyni zamanda, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir”.