YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən il Azərbaycan Gürcüstana 28,6 min ton təyyarə yanacağı ixrac edib

2017-ci ildə Gürcüstan 96 min ton aviasiya yanacağı idxal edib.

İdxal edilmiş yanacağın 28,6 min tonu Azərbaycanın payına düşüb. Ölkəmiz bu göstərici ilə Gürcüstanın təyyarə yanacağı ixracatçıları sırasında ikinci yerdədir.

Gürcüstanın Neft Məhsulları İdxalatçıları İttifaqının yaydığı məlumatda deyilir ki, ölkənin 2017-ci ildə idxal etdiyi təyyarə yanacağı 2016-cı illə müqayisədə 25,3 min ton və ya 26,4 faiz çoxdur.

Siyahıda birinci yerdə 40,3 min tonla Türkmənistan qərarlaşıb. Üçüncü yerdə isə 22 min tonla Yunanıstan dayanır.

Təyyarə yanacağına ehtiyacın artmasına Gürcüstanın beynəlxalq uçuşlarının sayının çoxalması səbəb olub.