YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam Kərimov: “ABAD” yeni bir sosial innovasiya layihəsidir

“ABAD” yeni bir sosial innovasiya layihəsidir. Bu fikri Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

İ.Kərimov bildirib ki, “ABAD” qısa müddətdir yaranmasına baxmayaraq, beynəlxalq təşkilatlar, qurumlar tərəfindən çox böyük maraqla qarşılanır. O xatırladıb ki, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Avropa İttifaqı bu layihəyə dəstək göstərir, “ABAD”ın inkişafı ilə bağlı maliyyə yardımı üzrə saziş imzalanıb.

«Bu onu göstərir ki, bu yeni bir brenddir. “ABAD”ın bir model kimi digər ölkələrə də tətbiqi barədə düşünmək olar. Cəmi bir il keçməsinə baxmayaraq o, öz sıralarını genişləndirib, 178 ailə “ABAD”a qoşulub. “ABAD” iki sahə üzrə fəaliyyət göstərir: kənd təsərrüfatı, kiçik ailə bizneslərinə dəstək, xüsusilə də ucqar kəndlərdə yaşayan ailələrə dəstək, həmçinin sənətkarlara dəstək. Bunun da əsas mahiyyəti ondan ibarətdir ki, “ABAD” publik şəxs sahibkarlara, ailələrə onların biznes ideyalarının formalaşmasında, sertifikatların əldə olunmasına, daşınmada və ən əsası da satışda yardım edir» - deyə İ.Kərimov vuruğlayıb.