YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülən tədbirlər insanların sağlamlığının möhkəmlənməsinə xidmət edir

«İnsanların sağlam mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial islahatların mühüm tərkib hissələrindən biridir». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, son illərdə bu sahədə uğurla həyata keçirilmiş tədbirlərdən biri neftlə çirklənmiş ərazilərin təmizlənməsidir. Bu işlər davamlı və geniş xarakter daşımalıdır. Bibiheybət buxtasında neftlə çirklənmiş ərazilərdə görülən işlər başqa sahələrdə də tətbiq edilməlidir.

«Digər prioritet istiqamət Azərbaycan Prezidentinin təşəbbüsü ilə son illərdə geniş vüsət almış yaşıllaşdırma tədbirləridir. Ümumiyyətlə, bu gün Azərbaycanda yaşıllaşdırma istiqamətində vacib addımlar atılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr buna ən gözəl nümunədir. Vacib məsələlərdən biri də əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlərdir. Ölkə başçısının sərəncamları ilə indiyədək xüsusən Kür və Araz çaylarının suyundan istifadə edən yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təminatı istiqamətində xeyli iş görülüb. Yüzlərlə kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Ölkəmizdə ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülən tədbirlər insanların sağlamlığının möhkəmlənməsinə xidmət edir. Respublikamızda ekoloji məsələlərə göstərilən xüsusi diqqət və sosial-iqtisadi həyatımızda son illər əldə olunmuş yüksək nailiyyətlər ətraf mühitin sağlamlaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsində müsbət təsirini daha səmərəli göstərəcək. Bunun üçün isə Azərbaycan dövlətinin güclü iradəsi var»- deyə, komitə sədri vurğulayıb.