YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Ağdamda yol tikintisinə 2 milyon manat ayırıb

Prezident İlham Əliyev yanvarın 4-də “Ağdam rayonunun Əfətli–Hacıturalı–Həsənxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əfətli–Hacıturalı–Həsənxanlı avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.