YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyanın patriarxı Kirill: İlham Əliyev millətlərarası və dinlərarası münasibətlərin inkişafına sanballı töhfə verən dövlət lideridir

Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunda deyilir: “Siz Azərbaycan naminə xidmət etdiyiniz uzun illər ərzində böyük idarəçilik təcrübəsi və siyasi təcrübə qazanmısınız, öz həmvətənləriniz üçün doğma ölkənin firavanlığı naminə bütün gücünü sərf edən, Qafqaz regionunda millətlərarası və dinlərarası münasibətlərin inkişafına sanballı töhfə verən dövlət lideri nümunəsi olmusunuz”.

“Azərbaycan Respublikasının rəhbərliyi ilə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası arasında yaranmış konstruktiv qarşılıqlı münasibətlərin şahidi olmaqdan fərəh duyuram. Ümidvaram ki, bu qarşılıqlı əlaqələr bundan sonra da möhkəmlənəcək, insanlar arasında sülhün və həmrəyliyin bərqərar olmasına kömək edəcək”. Bu sətirlər Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunda yer almışdır.