YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İpoteka Fondunun xətti ilə indiyədək 944 milyon manatlıq ipoteka krediti verilib

"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) xətti ilə indiyədək verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

AİF-dən  bildiriblər ki, fondun xətti ilə 2006-2017-ci illər ərzində 21 min 268 ipoteka krediti verilib. "Azərbaycan İpoteka Fondu"nun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 944 milyon 258 min 988 manatdan çoxdur.

Xatırladaq ki, AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin mart ayından ipoteka kreditlərinin verilməsinə başlanılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən il dekabrın 26-da "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu" yaradılıb.