YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nahid Bağırov: Bayram günlərində xaricə gedən azərbaycanlıların sayı azalıb, gələn turistlərin sayı isə artıb

Ötən illə müqayisədə bu il Yeni il bayramı günlərində xaricə gedən azərbaycanlıların sayı azalıb, Azərbaycana gələn turistlərin sayı isə artıb.

Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının çoxu ölkəmizin regionlarında – Quba, Qusar, Qəbələ və Lənkəranda istirahət ediblər.

N.Bağırov əlavə edib ki, azərbaycanlı turistlər Yeni il günlərini Gürcüstandan başqa Türkiyədə, Avropa ölkələrində və Birləşmiş Ərəb Əmirliyində (Dubay) keçirməyə üstünlük veriblər.

Assosiasiya sədri əlavə edib ki, bu il bayram günlərində xaricdən Azərbaycana gələn turistlərin sayı çoxalıb. Ölkəmizə daha çox ərəb ölkələrindən, Rusiya, Ukrayna və Qazaxıstandan turist gəlib.