Xəbərlər
Nursultan Nazarbayev: Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan ənənəvi dostluq münasibətləri durmadan inkişaf edəcək
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Ad gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Əminəm ki, Sizin həyat təcrübəniz və peşəkarlığınız bundan sonra da Azərbaycanın sabit inkişafına və rifahına xidmət edəcək.
Ümidvaram ki, Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan ənənəvi dostluq münasibətləri strateji tərəfdaşlıq əsasında gələcəkdə də durmadan inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi diləyirəm.”